Tanınmış aktyor VƏFAT ETDİ
Ajans.az xəbər verir ki, bu barədə məlumat Kino-Teatr.Ru portalında dərc olunub. Aktyorun ölümünü keçmiş həyat yoldaşı Valentina Konovalova təsdiqləyib. Onun sözlərinə görə, Artur Arutyunyan 5 fevral 2026-cı il axşamı Sankt-Peterburqdakı Yelizavetinskaya Xəstəxanasında ürək tutması nəticəsində vəfat edib. Qeyd olunur ki, Arutyunyan Aleksey Balabanovun “Qardaş” filmindəki rolundan sonra ona tez-tez təklif olunan stereotipik obrazlardan imtina edib. Aktyor kino karyerasına 1990-cı ildə “Müqəddəslər yürüş edəndə” filmi ilə başlayıb. Daha sonra “Sınıq işıqların küçələri” və “Ölümcül qüvvə” kimi məşhur teleseriallarda da rol alıb.