AZ

TAİB-də Heydər Əliyev irsinə həsr olunmuş tədbir keçirilib - Layihə - FOTOLAR

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi -TAİB-in mərkəzi ofisində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Heydər Əliyev irsinin tarixi və gələcək izləri” layihəsi üzrə qalib seçilmiş TAİB-in Gənclər Təşkilatının sədr müavini Müşfiq Nəsirlinin layihəsinə həsr olunmuş tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Missiya.Az xəbər verir ki, fevralın 5-i və 6-sı baş tutan tədbirdə TAİB-in üzvləri, Gənclər Fondunun nümayəndələri, ictimai xadimlər və bir sıra tanınmış şəxslər iştirak ediblər. Tədbirdə layihə rəhbəri Müşfiq Nəsirli layihə çərçivəsində görülən işlər, əldə olunan nəticələr haqqında ümumi məlumat verərək, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.TAİB-in sədri Südeyif İmamverdiyev Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi və ideoloji irsinin qorunması, təbliği və gənc nəsilə aşılanmasının əhəmiyyətindən danışıb.Tədbirdə TAİB-in sədr müavini Eyvaz Hünbətov, Xalq artisti Niyaməddin Musayev, əməkdar jurnalist Etibar Babayev, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva, TAİB idarə heyətinin üzvü Nüsrət Paşayev, Azərbaycan Gənclər Fondunun əməkdaşı Bənövşə Qasımova, TAİB Qadınlar Şurasının sədr müavini Sara Göyçəli, TAİB üzvü, professor Dilqəm Quliyev, TAİB nümayəndəsi, professor İbrahim Quliyev, Xalq rəssamı Fuad Salayev dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq bildiriblər ki, Azərbaycanda Prezident cənab İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsin yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.Eyni zamanda, Xalq artisti Niyaməddin Musayev və gənc ifaçı İsmayıl Məmmədovun ifasında musiqi nömrəsi təqdim olunub.

Sonda tədbirdə layihəyə dəstək vermiş şəxslərə TAİB-in xüsusi plaketləri təqdim olunub.

Seyranə Quliyeva Missiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr