AZ

Zakir Həsənov iranlı həmkarı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənov ölkəmizdə səfərdə olan İran İslam Respublikasınınmüdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı ƏzizNəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, bybarədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi,ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuşvətəndaşlarımızın məzarlarını ziyarət edərək xatirələrinə ehtiramnümayiş etdiriblər. “Əbədi məşəl” abidəsinin önünə əklilqoyulub.

Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimizamanı fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər ikiölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq“Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov Azərbaycanla İran arasındakıəlaqələrin çoxəsrlik zəngin tarixə malik olduğunu qeyd edib,qarşılıqlı səfərlər çərçivəsində baş tutan görüşlərin və birgətəlimlərin bu əlaqələrin daha da dərinləşməsinə töhvə verdiyinivurğulayıb.

Briqada generalı Ə.Nəsirzadə ölkələrimiz arasında dostluq vəqardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın digərsahələrdə olduğu kimi, hərbi sahədə daha da inkişaf etdirilməsininmühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrindəəlaqələrin cari vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirəedilib.

Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraqdoğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsiaparıblar.

Zakir
Zakir
Zakir
Zakir
Zakir
Məqalədə:
Seçilən
12
17
az.trend.az

10Mənbələr