AZ

“Slovakiya Ukraynaya hərbi yardım göstərməyəcək”

Slovakiya Ukraynaya hərbi yardım göstərmir və gələcəkdə də bu siyasəti davam etdirməyi planlaşdırır.

Herbiand.az xəbər verir ki, Slovakiya Parlamentinin vitse-spikeri Tibor Qaşpar bunu TASS-a verdiyi müsahibədə bildirib.

"Robert Fikonun rəhbərliyindəki hazırkı hökumət Slovakiyanın Ukraynaya dövlət ehtiyatlarından hərbi yardım göstərməyəcəyini bəyan etməyə davam edir. Biz bu siyasəti gələcəkdə də davam etdirməyi planlaşdırırıq", - deyə o bildirib.

Eyni zamanda, Qaşpar qeyd edib ki, Slovakiya humanitar yardımı və münaqişənin həlli üçün diplomatik səyləri dəstəkləyir.

Seçilən
9
herbiand.az

1Mənbələr