AZ

Ağcabədidə 16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxunub

Ağcabədidə bacısını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, təqsirləndirilən T.M-nin yetkinlik yaşına çatmadığı əsas gətirilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Ağcabədi rayonunda baş verib. Ailə münaqişəsi zəminində T.M. 16 yaşlı bacısı F. M-ni kəsici-deşici alətlə qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

"Cebheinfo.az"

Seçilən
17
11
cebheinfo.az

10Mənbələr