AZ

Qurbanovdan maraqlı qərar: Bəhlul və Nəriman niyə kənarda qaldı? 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisinin məğlub olduğu matçın (1:2) “23-lüy”ündə iki əsas futbolçu yox idi. Söhbət Bəhlul Mustafazadə və Nəriman Axundzadədən gedir. 

Adıçəkilən oyunçuların adları həmin görüşün sifariş ərizəsində salınmamışdı. Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Futbolçuların zədəli olduqları və ya başqa kluba transfer ehtimalı səbəbindən bu qərarın verildiyi iddia edilib.

Saytımıza verilən məlumata görə, futbolçuların kənarda qalmasının xüsusi bir səbəbi yoxdur.

Oyunçular zədəli və ya cəzalı deyillər. Sadəcə, məşqçilər heyəti “Şamaxı” ilə oyun üçün 23 futbolçunun adını sifariş verərkən Bəhlul və Nərimana ehtiyac duymayıb.

Onların əvəzinə digər futbolçulardan istifadə edilib. 

Seçilən
70
idmanxeber.az

1Mənbələr