AZ

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Ölkənin birinci bankı Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlığa start verilib. Tərəflər yeni əməkdaşlığı ötən gün imzaladıqları memorandum ilə rəsmiləşdiriblər. Memorandum çərçivəsində akademiya və bank arasında təcrübə proqramlarının həyata keçirilməsi, tələbələrin elmi fəaliyyətində bank mütəxəssislərinin dəstəyi, birgə tədris planının hazırlanması, müxtəlif mövzularda təlimlərin, elmi konfransların təşkili kimi bir çox məqamlar nəzərdə tutulub.

Tədbiri giriş sözü ilə açan Milli Aviasiya Akademiyasının birinci prorektoru Ədalət Səmədov qonaqlara təhsil ocağının fəaliyyəti, strukturu və inkişaf mərhələləri barədə məlumat verib. Daha sonra prorektor Gülnarə Əhmədova Akademiyanın rektoru, akademik Arif Paşayevin Azərbaycan elminin, xüsusilə mülki aviasiya sahəsinin inkişafındakı töhfələrindən söhbət açıb.

Bir ekosisteminin və Kapital Bank-ın Baş İcraçı direktoru Fərid Hüseynov isə Akademiya ilə əməkdaşlığın bankın gələcəyə baxışını daha da gücləndirdiyini vurğulayıb. “Bu gün imzaladığımız memorandum əməkdaşlığımızı yeni mərhələyə daşıyır. Biz istəyirik ki, tələbələriniz sabahın mütəxəssisləri kimi yetişərkən bizim ekosistemin imkanlarından, təcrübə proqramlarımızdan və real layihələrimizdən maksimum faydalansınlar”.

Qeyd edək ki, tədbirdə Təhsilin İnkişafı Fondu və Milli Aviasiya Akademiyası arasında da əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən Akademiya TələbəPlus layihəsinə qoşulub. Xatırladaq ki, ötən il Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında bağlanan memoranduma əsasən TələbəPlus layihəsi start götürüb. Layihə tələbələrə sosial layihələrdə iştirak etmək, yüzlərlə partnyor mağazalarında endirimlərdən yararlanmaq, Birbank mobil tətbiqində kart xərclərinə nəzarət etmək kimi, bir çox rəqəmsal fürsətlər təqdim edir.

Seçilən
36
23
publika.az

10Mənbələr