Kirovda damdan düşən buz kütləsi 11 yaşlı məktəblini yaralayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Kirov şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
11 yaşlı məktəbli qız ikinci növbə dərslərinə gedərkən çoxmənzilli binanın damından onun üzərinə iri buz və qar kütləsi düşüb.
Hadisəni görən yoldan keçənlər dərhal uşağın köməyinə çatıblar. Yaralı məktəbli dərhal travmatologiya mərkəzinə yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı həyat və sağlamlıq üçün təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda binanın təmizlənməsinə məsul olan şəxslərin fəaliyyəti araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az