AZ

Azərbaycan Beynəlxalq Valyuta Fondu ilə ölkədə makroiqtisadi vəziyyəti müzakirə edib

Bakı. Trend:

Azərbaycan və Beynəlxalq Valyuta Fondu (BVF) ölkədəmakroiqtisadi vəziyyəti müzakirə ediblər.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımov BeynəlxalqValyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonvə ölkəmizin də daxil olduğu Seçki Qrupu üzrə icraçı direktoruPatrik Loşevskinin başçılıq etdiyi nümayəndə heyəti iləgörüşüb.

Görüş zamanı Azərbaycanda makroiqtisadi vəziyyət, inflyasiyayatəsir edən başlıca amillər, eləcə də pul siyasətinin ötürücülüyününgücləndirilməsi və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsiməsələləri müzakirə olunub.

Görüşdə tərəflər arasında əməkdaşlığın mövcud vəziyyəti və onungenişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsiaparılıb.

Seçilən
32
az.trend.az

1Mənbələr