AZ

Qəddafinin oğlu yalnız ailə üzvlərinin iştirakı ilə dəfn ediləcək

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin Əz-Zintan şəhərində öldürülən oğlu Seyf əl-İslamın dəfn mərasimi yalnız ailəsinin və iki yerli qəbilə nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Reyting.az bildirir ki, bu barədə Seyf əl-İslamın cənazəsinin gətirildiyi Bəni Vəlid şəhərindəki təhlükəsizlik rəsmisi məlumat verib.

“Əl-Hədət” TV-nin məlumatına görə, rəsmi bildirib ki, dəfn mərasimində yalnız onun ailəsi və iki Liviya qəbilə şurasının üzvü iştirak edəcək.

O əlavə edib ki, bu, ən böyük yerli qəbilələrdən biri olan Varfalla və həm Seyf əl-İslamın, həm də atası Müəmmər Qəddafinin mənsub olduğu Əl-Qəddafa qəbiləsinə aiddir.

“Əl-Hədət” bildirir ki, hazırda Liviyada Qəddafi ailəsinə əsas dəstək mərkəzlərindən biri olan Bəni Vəliddə Seyf əl-İslama dəfn namazı üçün hazırlıqlar gedir. Öldürülən şəxsin qohumlarının əvvəllər bildirdiyi kimi, Qəddafinin oğlu babası və 2011-ci ildə vəfat etmiş kiçik qardaşı Xamisin dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırılacaq.

Cəmahiriyyə liderinin ikinci oğlu Seyf əl-İslam 3 fevralda 53 yaşında evində öldürülüb. O, heç bir dövlət vəzifəsi tutmayıb, lakin 2011-ci ildə Müəmmər Qəddafi rejiminin süqutuna qədər xarici siyasət danışıqlarında mühüm rol oynayıb. Atasının ölümündən sonra Seyf əl-İslam Liviyada edam cəzasına məhkum edilsə də, sonradan hökm ləğv olunub. Qəddafinin oğlu 2021-ci ildə ölkə ümumi seçkilər keçirməyə cəhd edərkən prezidentliyə namizədliyini irəli sürüb. İndiyə qədər Liviyada nə parlament, nə də prezident seçkiləri keçirilməyib.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
2
reyting.az

8Mənbələr