Mövzu ilə bağlı Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Burada aydın məsələdir ki, Rusiyanın əsas problemi erməni canilər deyil. Rusiyanın problemi ona bağlı qüvvələrin bu şəkildə məhkum olunmasıdır. Çünki faktiki olaraq, uzun illər ona xidmət etmiş, bağlı qalmış bu şəxslərin taleyi ilə maraqlana bilmir, onları xilas edə bilmir. Məhz bu məsələdə Rusiyada gərginlik, qıcıq doğurur. Həm də ki, ətraf ölkələrdə Rusiyaya qarşı narazılıq artır. Çünki eyni məsələ ki, bu cinayətkarlar Qarabağda müharibəsində cinayətlərlə, caniliklə, qətllərlə varlanmışdır. Ermənistanda hakimiyyəti qəsb etmiş bu qruplaşma Rusiyaya bağlıdır və bu gün də Rusiyaya xidmət edir. Köçəryan-Sakisyan bloku bu gün də Rusiya maraqlarından çıxış edir və açıq şəkildə, məsələn, Putin Paşinyan ad günü təbrik eləmir, amma Köçəryana təbrik edir və.s. Və indiki halda Azərbaycanda bu canilərin deyək ki, məhkum olunması, onlara uzun müddət həbs cəzasının çıxarılması Rusiyaya qıcıq doğurur. Həm bir tərəfdən Rusiya, dediyim kimi, özünə yaxın şəxslərin bu şəkildə cəzalanmasını qəbul etmək istəmir. Digər tərəfdən, Qarabağ ermənilərini Rusiya Azərbaycana qarşı təzyiq vasitəsi kimi isifadə etmək istəyir. Zatulin də həmişə erməni lobbisinin maraqlarına xidmət edən, erməni qruplaşmaları ilə Rusiyaya yaxın olan şəxsdir. Buna görə də hər halda, hər bir məqamda məhz həmişə Azərbaycan əleyhinə danışır".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31