AZ

Bu gözəl həm idman, həm də moda dünyasını fəth edir: O kimdir?

Milanda keçiriləcək Qış Olimpiya Oyunları-2026 ərəfəsində azarkeşlərin diqqəti yenidən müasir idmanın ən parlaq ulduzlarından birinə - fristaylçı Aylen Quya yönəlib.

Publika.az xəbər verir ki, 2022-ci ildə Pekində keçirilən Olimpiadada o, əsl sensasiya yaratmışdı. Biq-eyr, hafpayp və sloupstayl yarışlarında iki qızıl və bir gümüş medal qazanan Aylen həmin vaxt cəmi 18 yaşında idi və fristayl tarixində ən gənc olimpiya çempionu kimi tarixə düşmüşdü.

Aylen San-Fransiskoda doğulub böyüməsinə baxmayaraq, anasının vətəni olan Çini təmsil etmək qərarı vermişdi. Bu seçim ABŞ və Çində geniş müzakirələrə səbəb olsa da, onun yeni nəslin əsas idman simalarından birinə çevrilməsinə mane olmadı.

Bu gün Aylen Qu təkcə çempion deyil, həm də böyük kommersiya fenomenidir. "Forbes"in məlumatına görə, o, dünyanın ən çox qazanan idmançı qadınlarının "ilk beşliy"inə daxildir və illik gəliri 23 milyon dolları ötür. Gəlirinin əsas hissəsi "Porsche", "Louis Vuitton", "Red Bull", "IWC Schaffhausen" və digər nəhəng brendlərlə müqavilələrdən formalaşır.

Seçilən
68
publika.az

1Mənbələr