AZ

Qarabağdan olan deputatlardan ermənilərlə bağlı qərara REAKSİYA

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, fevralın 5-də Bakı Hərbi Məhkəməsində qondarma rejimin rəhbər şəxsləri barəsində yekun hökm elan olunub. Onlar Azərbaycan əleyhinə törədilmiş ağır cinayətlərdə təqsirli biliniblər. Məhkəmənin qərarı ilə Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum edilib, Arkadi Qukasyan və Bako Sahakyan isə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıblar. Bundan başqa, Madat Babayan və Melikset Paşayan 19 il həbs cəzasına məhkum olunub.

Verilən qərarlar ədalətlidirmi?

Globalinfo.az-a danışan Xocalıdan olan deputat Elman Məmmədov deyib ki, qərar ədalətlidir:

“Hətta Azərbaycanda ölüm hökmü ləğv olunmasaydı, onların hamısına ölüm hökmü oxunmalıydı. Bu murdarlar, insanlıqdan çox uzaq olan bu ünsürlər insanlığa, bəşəriyyətə qarşı çox ağır cinayətlər törədiblər. Azərbaycan xalqına, dövlətinə qarşı çoxsaylı cinayətlər törədiblər. Ona görə də məhkəmə qərarı ədalətlidir və icra olunmalıdır”.

Ağdamdan olan deputat Aqil Abbas da qərarın doğru olduğunu bildirib:

“Etdikləri cinayətlərə görə istintaqın nəticəsi olaraq ömürlük həbs alıblar. Bəziləri isə yaşına görə 19-20 il həbs alıb. Məhkəmənin qərarını ədalətli sayıram”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
globalinfo.az

1Mənbələr