AZ

“McDonalds”da oğurluq: Qadın saxlanıldı

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı şəhəri, Səbail rayonu “Tarqovi” adlanan ərazidə fəaliyyət göstərən “McDonalds” restoranında oğurluq əməlinə görə qadın saxlanılıb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü E.S (şərti adı) adlı qadına İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. Məlum olub ki, təqsirləndirilən qadın “Tarqovi” adlanan ərazidə yerləşən “McDonalds” restoranında yemək yediklərini, zərərçəkmiş şəxsin əyləşdiyi masa ilə onların əyləşdikləri masanın yaxın olduğunu, masadan qalxıb gedən zaman yerdə olan qara rəngli şərfin öz nəvəsinə məxsus olduğunu bilib götürüb. O, daha sonra evə gəldiklərində həmin şərfin nəvəsinə aid olmadığını bildiyini, şərfi yerdən götürdükdən sonra çıxanda nəvəsinə taxdığını, heç həmin şərfin 150 manat dəyərində olmadığını, əməlindən peşman olduğunu, şərfin zərərçəkmiş şəxsə qaytarıldığını və nəvələrinə baxdığını bildirərək, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edib. Zərər çəkmiş qadın isə oğurluq etmiş şəxs tərəfindən ona məxsus şərf qaytarılsa da bu müddət ərzində keçirdiyini stresə və şərfin ona vurduğu maddi və mənəvi dəyərinə görə qarşı tərəf ilə barışmadığını, onun barəsində yuxarı həddə olmamaq şərtilə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən qadın İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq olunub. Kənan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
demokrat.az

1Mənbələr