AZ

Fərqli ideyalarla zəngin “GəncVİZYON” ideyatonu keçirilib (FOTO)

Bakı. Trend:

4-6 fevral tarixlərində Bakı Konqres Mərkəzində AzərbaycanRespublikasının Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününəhəsr olunmuş “GəncVİZYON” ideyatonu həyata keçirilib.

Trend xəbər verir ki,ideyatonun əsas məqsədi gənclərin yaradıcı və innovativpotensialını üzə çıxarmaq, onları real problemlərə praktiki vədayanıqlı həllər təklif etməyə təşviq etmək, komanda işi, liderlik,təqdimat və ünsiyyət baxarıqlarını gücləndirmək olub.

“GəncVİZYON” gənclərin ideyalarını konseptual səviyyədəformalaşdıraraq təqdim etməsi üçün açıq və yaradıcı platformarolunu oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatakeçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraqtəşkil edilən bu layihənin əsas məqsədi təşəbbüskar və innovativgənc nəslin yetişdirilməsinə mühüm töhfə verməkdir.

“GəncVİZYON” ideyatonunun 4 fevral tarixində keçirilən ilkinmərhələsində 240 gənc 40 komanda şəklində mentorların dəstəyi iləgələcəyin təhsili və bacarıqları, gənclərin məşğulluğu vəsahibkarlıq, rəqəmsal gələcək və süni intellekt, sosial təşəbbüslərvə könüllülük, eləcə də yaşıl və dayanıqlı gələcək kimiistiqamətlər üzrə ideyalarını formalaşdırıblar. Daha sonramentorların dəyərləndirməsi nəticəsində hər istiqamət üzrə 2komanda olmaqla, ümumilikdə 10 komanda final mərhələsində iştirakhüququ qazanıb. Dəyərləndirmə zamanı ideyaların innovativliyi,sosial təsiri, reallığa uyğunluğu və strateji yanaşması əsasmeyarlar kimi nəzərə alınıb.

İdeyatonun 6 fevral tarixində baş tutan final mərhələsində isəkomandalar ideyalarını təkmilləşdirərək münsiflər heyətinə təqdimediblər. Münsiflər heyətinin qərarına əsasən 3 komanda qalib elanolunub.

Final mərhələsinin bağlanış mərasimində çıxış edən GənclərFondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev,gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisinindeputatı Göydəniz Qəhrəmanov, ekologiya və təbii sərvətlərnazirinin müşaviri Rüstəm Həsənov, "Nar"ın Korporativ Ünsiyyət vəPR Departamentinin Direktoru Hökümə Kərimova ideyatonunəhəmiyyətindən, gənclərin strateji düşüncə və gələcəyə yönəlikbaxışlarının formalaşdırılmasında bu cür təşəbbüslərin rolundan,yaradılan imkanlar və perspektivlərdən bəhs ediblər.

İdeyatonun yekununda qalib komandalar mükafatlandırılıb.

Qeyd edək ki, “GəncVİZYON” ideyatonu Gənclər Fondu,GənclərTəşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatlarıİttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, AzərbaycanlıTələbələr və Məzunlar Platforması, “Böyük Qayıdış” GənclərTəşkilatı, “CAVAN” Gənclər Hərəkatı, “GənclərinMaarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər”İctimai Birliyinin birgə təşkilatçılığı və “Nar”ın tərəfdaşlığı iləhəyata keçirilib.

Bununla yanaşı, Gənclər Fondu tərəfindən Azərbaycan GəncləriGününə həsr olunmuş “GəncLAND” Gənclər Festivalı, “GəncİNTELLEKT”ölkənin ən böyük fərdi intellektual yarışı və “GəncTALKS”Motivasiya Platforması adlı genişmiqyaslı tədbirlər də baş tutub.Silsilə tədbirlər gənclərin sosial fəallığının artırılması,yaradıcılıq və innovativ düşüncə tərzinin təşviqi, eləcə də onlarınasudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb.

Fərqli
Fərqli
Fərqli
Fərqli
Fərqli
Məqalədə:
Seçilən
64
2
az.trend.az

3Mənbələr