AZ

Qrossi: BAEA İranın nüvə obyektlərinə istənilən vaxt müfəttiş göndərməyə hazırdır

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) İranın nüvə obyektlərində yoxlamalar aparmaq üçün öz müfəttişlərini göndərməyə daim hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

“Əlbəttə, onlar ora getməyə hər zaman hazırdırlar. Artıq dediyim kimi, hazırda (İranda) ikinci dərəcəli obyektlərdə yoxlamalar aparırlar, lakin istənilən an daha vacib obyektlərlə də məşğul olmağa hazırdırlar”, – deyə Qrossi vurğulayıb.

O qeyd edib ki, BAEA-nın İrana dair mövqeyi tərəflərin yenidən danışıqlar masasına qayıtmasından ibarətdir. Qrossinin sözlərinə görə, agentliyin müfəttişlərinin İrana tam şəkildə qayıtmasına imkan verən razılaşma əldə olunmalıdır. “Keçən ilin iyununda baş vermiş 12 günlük müharibədən sonra düşdüyümüz çıxılmaz vəziyyətdən çıxmaq lazımdır. Hamı bilir ki, orada nəsə var, amma heç kim heç nə edə bilmir”, – deyə o bildirib.

Qrossinin sözlərinə görə, ABŞ İranda hər hansı nüvə fəaliyyətinin olmasını istəmir, bu isə Tehranın mövqeyi ilə ziddiyyət təşkil edir. Məhz belə hallarda BAEA müfəttişlərinə ehtiyac yaranır ki, əldə olunmuş razılaşmaların icrasına nəzarət etsinlər. Əks halda, münaqişənin yenidən alovlanması riski mövcuddur.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, İran isə cavab zərbələri endirib. İyunun 22-də ABŞ münaqişəyə qoşularaq İsfahan, Natanz və Fordoda yerləşən İranın nüvə obyektlərinə zərbələr endirib. Növbəti gün İran Qətərdə Yaxın Şərqin ən böyük ABŞ aviabazası olan Əl-Udeyd bazasına hücum edib. Bundan sonra ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəs rejiminin tətbiqi barədə razılığa gəldiyini açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.

ABŞ və İsrailin zərbələrinin BAEA tərəfindən pislənməməsinə cavab olaraq İran iyun ayından etibarən agentliklə bütün əməkdaşlığı dayandırıb. Bu əməkdaşlıq yalnız sentyabrın 9-da Qahirədə tərəflər arasında yeni saziş imzalandıqdan sonra bərpa olunub. Lakin noyabrın 20-də BAEA-nin İrana qarşı növbəti qətnamə qəbul etməsinə, o cümlədən agentlik müfəttişlərinə nüvə obyektlərinə tam çıxış tələbini irəli sürməsinə cavab olaraq Tehran Qahirə sazişinin qüvvəsinin dayandırıldığını bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
bizimyol.info

1Mənbələr