AZ

Aİ-nin 20-ci sanksiyalar paketi Rusiya neftini daşıyan gəmilərə xidmət göstərilməsini qadağan edəcək

Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiyalar paketi energetika sektorunu, maliyyə və ticarət xidmətlərini əhatə edir.

Aznews.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin bəyanatında bildirilib.

“Biz energetika sahəsində Rusiya mənşəli xam neftin daşınması üçün dəniz xidmətlərinin göstərilməsinə tam qadağa tətbiq edirik. Bu, Rusiyanın enerji gəlirlərini daha da azaldacaq və onun nefti üçün alıcı tapmağı çətinləşdirəcək. Gəmiçilik qlobal biznes olduğuna görə, G7 ölkələri müvafiq qərar qəbul etdikdən sonra bu tam qadağanı eyni düşüncəli tərəfdaşlarla koordinasiyalı şəkildə tətbiq etməyi təklif edirik”, - o deyib.

Ursula von der Leyen sanksiyalar siyahısında Rusiya neftini daşıyan gəmilərin sayının artacağını bəyan edib.

Seçilən
31
4
aznews.az

5Mənbələr