AZ

İranlı ruhani: ABŞ ilə danışıqlar "siyasi oyun"dur

Məşhəddəki cümə namazı imamı Əhməd Ələmolxoda ABŞ ilə danışıqları "siyasi oyun" adlandırıb və hərbi təzyiq altında aparılan danışıqların nə ciddi, nə də real olduğunu bildirib.

Azreform.info xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.

Ələmolxoda "silah və təyyarələrin başı üzərində" aparılan danışıqların etimad yaratmadığını söyləyib. O əlavə edib ki, "İran müharibədən qorxmur, rəqibləri isə Tehranın hərbi qüdrətindən qorxurlar".

Digər bir imam Əhməd Xatəmi Tehranda cümə namazı zamanı İranın uranı zənginləşdirməyə davam edəcəyini qeyd edib.

"İranın atom bombası yaratmaq üçün nüvə enerjisinə ehtiyacı yoxdur", - deyə Xatəmi vurğulayıb və əlavə edib ki, beynəlxalq ictimaiyyətin uran zənginləşdirilməsinin könüllü dayandırılması çağırışları "yersizdir".

O, İranın dini səbəblərə görə nüvə silahlarına qarşı çıxdığını, lakin nüvə proqramından israrlı olacağını söyləyib.

Seçilən
13
2
azreform.info

3Mənbələr