AZ

Araikin hücrəsinə Rəhim Qazıyevi salmaq lazımdır



"Qondarma “Dağlıq Qarabağ”ın keçmiş prezidenti Araik Harutyunyan, Müdafiə Ordusunun keçmiş komandiri Levon Mnatsakanyan, Müdafiə Ordusunun keçmiş birinci müavini David Manukyan, "Artsax" parlamentinin keçmiş spikeri David İşxanyan, Xarici işlər naziri, prezident müşaviri David Babayan ömürlük, Arkadi Qukasyan və Bako Sahakyan isə yaşlarına görə 20 il həbs cəzasına məhkum ediliblər. Düşünürəm ki, bu separatçılarla eyni kürsüdə onların oxşar tayı olan Rəhim Qazıyevi də oturtmaq lazım idi".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Fazil Mustafa deyib. O bildirib ki, artıq məhkəmə prosesi bitdiyinə görə heç olmazsa bir həftəlik də olsa darıxmasın deyə Araikin hücrəsinə Rəhim Qazıyevi salmaq lazımdır:

"Bu eyni yolun yolçuları bir-biri ilə əminəm ki, rahat dil tapacaqlar".

Süleyman
Seçilən
37
1
newscenter.az

2Mənbələr