AZ

Masallıda “Mercedes”lər toqquşdu Ölən var

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki hadisə rayon mərkəzindəki Dadva küçəsində qeydə alınıb.

İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada 1995-ci il təvəllüdlü Vəli Hətəmzadə və 1947-ci il təvəllüdlü Qardaş Fətullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəza nəticəsində hər iki sürücü rayon xəstəxanasına hospitalizasiya olunub. Lakin vəziyyəti ağır olan Q. Fətullayev daha sonra yerləşdirildiyi özəl klinikalardan birində vəfat edib.

Qeyd edək ki, Q. Fətullayev “Masallı Ziyalıları” İctimai Birliyinin sədridir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
2
qafqazinfo.az

3Mənbələr