AZ

Əbdül Mahmudov səhhəti ilə bağlı açıqlama verdi: Əsas çətinlik geridə qaldı

BAKI, 6 fevral. TELEQRAF

"Xəstəxanada müalicəm davam edir. Səhhətimdə irəliləyiş var. Əsas çətinlik geridə qaldı".

Bunu Teleqraf-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov səhhətindəki son vəziyyətdən danışarkən deyib.

“Nəfəs almaqda çətinlik çəkirəmş Sabah analizlərin nəticəsindən sonra qərar veriləcək. Əməliyyat olunmasam, bazar günü və ya bazar ertəsi evə buraxılacağam”,- deyə kinorejissor əlavə edib.

Qeyd edək ki, Şeyx Əbdül Mahmudov bir neçə gün ömcə özəl xəstəxanalardan birinə yerləşdirilib.

Seçilən
42
1
teleqraf.com

2Mənbələr