AZ

“Qarabağ” da susur, “Neftçi” də, PFL də! – derbi təxirə salınır, ya yox?

Hazırda futbol ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzu Misli premyer-liqasının 21-ci turunun “Neftçi” – “Qarabağ” oyununun təxirə salınıb-salımayacağıdı.

Düzdü, bu yöndə müxtəlif iddialar var. Lakin hələ hansısa dəqiq məlumatdan danışmaq mümkün deyil. Çünki tərəflər məsələ ilə bağlı son durumu açıqlamaqdan yayınmağa çalışır.

Təbii ki, “Futbol+” bu istiqamətdə mövcud olan ən son durumu oxucularına çatdırmaq üçün müəyyən addımlar atdı. Lakin nə “Qarabağ”ın Kommunikasi departamentinin direktoru Anar Hacıyev, nə “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı, nə də Peşəkar Futbol Liqasının Media və marketinq departamentinin rəhbəri Sənan Abdullayev sorğumuzu cavablamaq istədi.

Əlbəttə, belədə pərdəarxasında hansı hadisələrin cərəyan etdiyini təxmin etmək yetərincə çətindi. Lakin bəlli olan məqamlar var: “Qarabağ” camiəsi matçın keçirilməsini istəmir, “Neftçi” düşərgəsi isə derbinin təxirə salınmasına qəti şəkildə etiraz edir.

Görəsən, bu virtual “derbi”nin qalibi kim olacaq?

KƏNAN BAHADIR

Seçilən
36
1
football-plus.az

2Mənbələr