AZ

Politoloq: Fransanın növbəti qətnaməsi Azərbaycana qarşı qərəzli mövqenin davamıdır » AzadMedia.az

Politoloq:

Politoloq Fikrət Sadıqov Fransanın Azərbaycana qarşı qəbul etdiyi növbəti qərəzli qətnaməyə münasibət bildirib.

Onun sözlərinə görə, Fransa parlamentində qəbul edilən bu sənəd obyektivlikdən uzaqdır və ölkəmizə qarşı uzun müddətdir davam edən siyasi təzyiq siyasətinin tərkib hissəsidir. Politoloq qeyd edib ki, rəsmi Paris bu cür addımlarla Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına deyil, əksinə, gərginliyin qorunub saxlanmasına xidmət edir.

Fikrət Sadıqov vurğulayıb ki, Fransanın birtərəfli yanaşması beynəlxalq hüququn prinsiplərinə ziddir və Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilə bilər. Onun fikrincə, bu qətnamələr real vəziyyəti əks etdirmir və erməni lobbilərinin təsiri altında hazırlanır.

Politoloq əlavə edib ki, Azərbaycan öz mövqeyini beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə edəcək və bu cür qərəzli sənədlər ölkəmizin müstəqil siyasətinə təsir göstərə bilməyəcək.

Seçilən
41
1
azadmedia.az

2Mənbələr