AZ

Rusiya: "Yeni START" sazişi ilə bağlı məsuliyyətli davranılacağı barədə ortaq anlayış var

Rusiya: "Yeni START" sazişi ilə bağlı məsuliyyətli davranılacağı barədə ortaq anlayış var

Kremlin sözçüsü Dmitri Peskov ABŞ ilə "Yeni START" (Strateji Silahların Azaldılması Müqaviləsi) məsələsini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə müzakirə etdiklərini bildirərək "Tərəflərin məsuliyyətli davranacaqları və ən qısa zamanda danışıqların başladılmasına ehtiyac olduğu barədə ortaq anlayış var", - deyib.

Peskov paytaxt Moskvada jurnalistlərə gündəmdəki mövzuları şərh edib. ABŞ Prezidenti Donald Trampın Rusiya ilə "Yeni START" sazişini uzatmaq əvəzinə yeni, təkmilləşdirilmiş və müasirləşdirilmiş bir müqavilənin arxasınca getməli olduqları barədə açıqlamasını dəyərləndirən Peskov, Əbu-Dabidə bu mövzunu Amerika tərəfi ilə müzakirə etdiklərini qeyd edib.

Peskov "Müqavilə müddəalarının vaxtı uzadıla bilər. Tərəflərin məsuliyyətli davranacaqları və ən qısa zamanda danışıqların başladılmasına ehtiyac olduğu barədə anlayış var", - deyə bildirib.

Əbu-Dabi danışıqları və regional proseslər

Rusiya, Ukrayna və ABŞ arasında 4-5 fevral tarixlərində Əbu-Dabidə aparılan danışıqları dəyərləndirən Peskov "İş konstruktiv və eyni zamanda çətindir. Proses davam edəcək", - deyə vurğulayıb.

İran ilə ABŞ arasında nüvə danışıqlarının Omanın paytaxtı Maskatda yenidən başlamasını məmnuniyyətlə qarşıladıqlarını bildirən Peskov, bu danışıqların məhsuldar olmasını və bölgədəki gərginliyin azalmasına səbəb olmasını istədiyini ifadə edib.

Sözçü Peskov Rusiya Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsinin rəis müavini general-mayor Vladimir Alekseyevin sui-qəsdə uğramasına dair suala cavab olaraq, hərbi komandirlərin müharibə zamanı təhdid altında olduğunu və onların təhlükəsizliyinin kəşfiyyat xidmətləri tərəfindən təmin edilməli olduğunu bildirib.

Seçilən
49
afn.az

1Mənbələr