AZ

"Savadsız olan bülbül kimi cəh-cəh vurmağı bacarır, ona görə də şirkət onu seçir" - Deputat

"Cahil insan ən təhlükəli insandır. Cahil insan eqoist olur, cahil insan başkəsən olur, hamıdan özünü ağıllı hesab edir".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsindəki canlı yayım zamanı bildirdi.

O qeyd etdi ki, bu, çox ciddi bir məsələdir:

"Ziyalılar, savadlı, bilikli insanlar qeybə çəkilib, eqoist, təkəbbürlü, özündənrazı, çox şey bilməyən insanlar isə özlərini hamıdan ağıllı göstərirlər, hamıdan üstün göstərməyə çalışırlar. Ona görə də mən həmişə bütün çıxışlarımda deyirəm ki, cəmiyyətin savadlı insanları, cəmiyyətin ziyalı insanları meydanda olmalıdırlar. Onlar öz mövqelərini bildirməlidirlər.

Ona görə də bu, bir başqa məsələdir ki, gənclər özlərini mütləq şəkildə ifadə etməyə çalışmalıdırlar, nitq qabiliyyətlərini, bacarıqlarını artırmalıdırlar. Təəssüf ki, bəzən biz belə bir problemlə də rastlaşırıq ki, gənclər özlərini ifadə edə bilmirlər. Bilirsiniz, mən indi gənclərlə çox işləyirəm. Problemlərdən biri də odur ki, elə gənclər var ki, çox potensiallıdırlar, amma o potensialın həyata keçməsinə, özünü doğrultmasına onların xarakteri mane olur".

Deputatın sözlərinə görə, insanın xarakteri çox önəmlidir:

"Yəni sizin savadlı, bilikli olmağınız yetərli deyil. Siz çox savadlı, bilikli ola bilərsiniz, amma özünüzü təqdim edə bilmirsinizsə, uğur qazana bilməyəcəksiniz. Baxın, bir iş görüşməsidir, ora iki gənc gedir, biri çox savadlıdır, biri isə çox savadsızdır. Amma bu savadsız olan bülbül kimi cəh-cəh vurmağı bacarır və özünü satmağı, yəni özünü qarşı tərəfə satmağı, təqdim etməyi bacarır. Ona görə də şirkət artıq onu seçir. Buna görə də özünü ifadə etmək bacarığı çox önəmlidir".

Nuriyyə NATİQQIZI

Seçilən
50
2
redaktor.az

3Mənbələr