AZ

NASA astronavtların smartfondan istifadəsinə icazə verəcək

NASA astronavtların smartfondan istifadəsinə icazə verəcək

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) astronavtların Ay missiyaları zamanı ən son model smartfonlardan istifadə edə biləcəyini açıqlayıb.

NASA direktoru Cared Ayzekman "X" hesabında paylaşdığı açıqlamada, bu ay həyata keçiriləcək "Crew-12" və mart ayındakı "Artemis II" missiyalarında astronavtların ən yeni model smartfonlarla uça biləcəklərini bəyan edib.

Ayzekman “Komandalarımıza ailələri üçün xüsusi anları lentə almaq və ilhamverici görüntüləri dünya ilə paylaşmaq üçün lazımi vasitələr təqdim edirik”, – deyə bildirib və bunu doğru istiqamətdə atılmış kiçik bir addım kimi xarakterizə edib.

Seçilən
81
afn.az

1Mənbələr