
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ nümayəndə heyəti ilə keçirdikləri görüşlər barədə “Yaxşı bir başlanğıc etdik. Prosesi necə davam etdirəcəyimizlə bağlı təmasda olacağıq. Bu, yaxşı bir başlanğıcdır”, - deyə bildirib.
Əraqçi ABŞ ilə Omanın paytaxtı Maskatda aparılan danışıqlar başa çatdıqdan sonra İran dövlət televiziyasına müsahibə verib.
İranın xarici işlər naziri "Mövqelərimiz qarşılıqlı şəkildə çatdırıldı, bu çox vacib idi. Narahatlıqlarımız, maraqlarımız və İran xalqının hüquqları qarşı tərəfə çatdırıldı. Görüş çox yaxşı atmosferdə keçdi və qarşı tərəfin də fikirləri dinlənildi", - deyib.
Danışıqların davam etdirilməsi və gələcək perspektivlər
Nümayəndə heyətlərinin məsləhətləşmələr üçün vətənlərinə qayıdacağını qeyd edən Əraqçi bu fikirləri vurğulayıb:
"Yaxşı bir başlanğıc etdik. Prosesin necə davam edəcəyi ilə bağlı əlaqə saxlayacağıq. Məsləhətləşmələrdən sonra danışıqların hansı formada davam etdiriləcəyinə dair qərar veriləcək. Görünən odur ki, danışıqların davam etdirilməsi prinsipi üzərində fikir birliyi var. Prosesin davam etməsi mövzusunda razılıq əldə olundu. Dərhal hökm vermək istəmirəm, lakin danışıqlar bu şəkildə davam edərsə, üzərində razılaşdırılmış bir çərçivəyə nail olmaq mümkündür".
Güvənsizlik faktoru və təhlükəsizlik riskləri
İranlı nazir 2025-ci ilin iyun ayında müzakirələr davam edərkən İsrail və daha sonra ABŞ tərəfindən hücuma məruz qaldıqlarına işarə edərək, "İlk növbədə bu güvənsizliyin öhdəsindən gəlməli və danışıqlar üçün bir çərçivə müəyyən etməliyik", - deyə bildirib.
Əraqçi sonda "Məncə, yaxşı bir başlanğıc idi və yaxşı şəkildə də davam edə bilər, lakin bu, qarşı tərəfdən və təbii ki, Tehranda qəbul ediləcək qərarlardan asılıdır", - deyə əlavə edib.