AZ

Zəngilanın övladı, ağsaqqal və mənəvi rəhbər Seyid Həsən Ağa

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

1888-ci ildə Zəngilan rayonunun Məlikli kəndində dünyaya gələn Seyid Həsən Ağa, ömür yolunu yalnız öz ailəsinə deyil, həm də xalqına, torpağına, insanlara xidmətə həsr etmişdir. Uşaqlıqdan el-obanın içində böyüyən Həsən Ağa, doğma torpağın havasını, suyunu və dəyərlərini qəlbinə hopdurmuş, ömrünü isə xalqın rifahı, insanların xoşbəxtliyi üçün çalışmaqla keçirmişdir. Onun həyatı daim nümunəvi bir ağsaqqal, məsləhət verən və insanlara yol göstərən bir insan obrazı ilə yadda qalmışdır. O nəinki öz yurdunda, həmçinin digər ölkələrdə də tanınmışdır.Həyatının bir hissəsini Muğanlı kəndində keçirən Seyid Həsən Ağa burada ailə ocağını qurmuş, icma içində hörmət qazanmış, 1943-cü ildən etibarən isə Genlik kəndində məskunlaşmış və ömrünün sonuna qədər burada yaşamışdır.O, üç oğul və iki qız övlad böyütmüş, onlara yalnız maddi sərvət deyil, ən qiymətli miras — halal ömür yolu, ləyaqətli ad və xalq arasında hörmət qoymuşdur. Onun övladları da dünyalarını dəyişmişdir. Hal hazırda onun yolunu, həyat fəlsəfəsini, mənəvi zənginliyini və dürüstlük nümunəsini Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədri, hər iki Qarabağ müharibəsinin qazisi, əlili, müharibə veteranı, ulu Öndər Heydər Əliyev tərəfindən "Bayraq" ordeninə, Ali Baş Komandan İlham Əliyev tərəfindən imzalanmış "Cəsur Döyüşcü" , "İgidliyə Görə Medal" və daha 6 medala laiq görülmüş hörmətli Tahir Yaqub oğlu Məmmədov və digər ailə üzvləri yaşadır və bu dəyərləri gələcək nəsillərə ötürürlər. Bu ailə xətti, həm Torpaq sevgisi, həm də insanlara xidmət ruhunu davam etdirir.Seyid Həsən Ağa öz fəaliyyəti ilə bütün insanlara nümunə olmuşdur. Seyid Həsən Ağa el-obanın sosial, mənəvi və əxlaqi həyatında mühüm rol oynamış, insanlar ona müraciət etdikdə sığınacaq tapmış, kəlamlarına və tövsiyələrinə qulaq asmışlar.Seyid Həsən Ağanın həyatı həm də mənəvi zənginliyin, saflığın və ləyaqətin timsalıdır. O, heç vaxt xeyirxahlığını və köməksevərliyini insanlardan əsirgəməmiş, hər zaman onlara yol göstərmişdir. Seyid Həsən Ağa yalnız ailəsi üçün deyil, xəstələr və yardıma ehtiyacı olan insanlar üçün də böyük bir dayaq olmuşdur. Onun əlindən çox insanlar şəfa tapmış, xəstəlikləri azalmış, hər kəs onun nur dolu sözlərindən və xeyirxah hərəkətlərindən təsirlənmişdir. İnsanlara göstərdiyi diqqət və qayğı onun həm Allaha yaxın, həm də mənəvi zənginliyi yüksək bir insan olduğunu göstərirdi. 1984-cü il fevralın 6-da, 96 yaşında dünyasını dəyişən Seyid Həsən Ağa Muğanlı kəndində dəfn olunmuşdur. Onun xatirəsi, həyatı, göstərdiyi davranış nümunəsi və mənəvi dəyərləri bu gün də Zəngilan və ətraf rayonların insanları tərəfindən hörmətlə yad edilir. Onun xatirəsi xalq arasında da əbədiləşdirilmişdir: Şəhərin bir çox yerlərində onun adına bulaqlar, gümbəzlər ucaldılmışdır. Bu yerlər onun xeyirxahlığını, əxlaqi nüfuzunu və insanların qəlbindəki dərin hörmətini simvolizə edir. Onun həyatı bizə göstərir ki, halal yaşamaq, ləyaqətli olmaq və başqalarına dəyər vermək insanın ən böyük sərvətidir.Seyid Həsən Ağanın xatirəsi, onun ailəsinə və cəmiyyətə miras qoyduğu hörmət, ləyaqət və mənəvi zənginlik gələcək nəsillər üçün əvəzolunmaz nümunədir. Biz, bu böyük şəxsiyyətin həyat yolunu yad edərkən, həm də onun göstərdiyi mənəvi dəyərləri yaşatmalıyıq. Bu gün də Seyid Həsən Ağanın adı hörmətlə çəkilir, həyat fəlsəfəsi insanlara yol göstərir və hər birimizin qəlbində nurlu bir iz buraxır. Onun misilsiz əxlaqı və mənəvi nüfuzu yalnız yaşadığı dövrdə deyil, bu gün də xatırlanır və hörmətlə anılır.Dürdanə QaraşovaYazıçı-publisist, şairə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
newscenter.az

2Mənbələr