AZ

Xolesterin dərmanlarının qorxulu yan təsirləri yenidənyoxlanıldı

Britaniyanın “The Lancet” tibb jurnalında dərc olunmuş geniş araşdırma göstərir ki, xolesterini aşağı salan statin dərmanlarının etiketlərində göstərilən əksər yan təsirlər dərmanla birbaşa bağlı olmaya bilər. 66 mümkün yan təsirdən 62-si statin qəbul edənlərlə plasebo (fəal olmayan dərman) qəbul edənlər arasında demək olar ki, eyni tezlikdə baş verib.

Redaktor.az xəbər verir ki, araşdırma onu göstərir ki, statinlərin yan təsirlərinə dair qorxuların böyük hissəsi dərmanla yox, digər səbəblərlə bağlıdır. Statinlərin ürək-damar xəstəlikləri riskini azaltdığı isə yaxşı məlumdur.

Araşdırma göstərir ki, bu məlumat həkimlər və xəstələr arasında daha düzgün dialoqu təmin etməyə, dərmanların lazımsız dayandırılmasının qarşısını almağa kömək edə bilər.

Xədicə BAXIŞLI

Seçilən
61
1
redaktor.az

2Mənbələr