AZ

Özbək futbolçu “Mançester Siti”nin ən yaxşısı seçildi

“Mançester Siti”də yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, bu ada özbəkistanlı müdafiəçi Abdukodir Xusanov layiq görülüb. 21 yaşlı futbolçu yanvar ayında 8 oyunda iştirak edib.

Xusanov daha əvvəl də “Mançester Siti”də 2025-ci ilin fevral ayının ən yaxşı oyunçusu seçilmişdi. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Seçilən
38
idmanxeber.az

1Mənbələr