AZ

“Əl-Nəssr” Ronaldosuz qalib gəldi

Bu gün Səudiyyə Ərəbistanı çempionatında 21-ci turun növbəti oyunları keçirilib. “Əl-Nəssr” evdə “Əl-İttihad”a qalib gəlib – 2:0. Hesabı 85-ci dəqiqədə penaltidən Sadio Mane açıb. 90+7-ci dəqiqədə isə Anjelo fərlənib. “Əl-Nəssr”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo ardıcıl ikinci oyunda meydana çıxmayıb. Media onun klub rəhbərliyindən narazı olduğuna görə belə hərəkət etdiyini yazır.
Ardıcıl 6-cı qələbəsini qazanan “Əl-Nəssr” 49 xalla 2-ci pilləyə yüksəlib. Yeri gəlmişkən, Kriştiano dünən 41 yaşını tamamlayıb.

Seçilən
19
1
football-plus.az

2Mənbələr