AZ

Cəlal Hüseynov oynadı, komandası uduzdu

style='margin-bottom:10px;'>

Milli komandamızın müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında 20-ci turun oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə Sofiya MOİK-i ilə qarşılaşıb. Oyun Cəlalın komandasının məğlubiyyəti ilə yekunlaşıb - 1:3.

Hüseynov meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Bu məğlubiyyətdən sonra əvvəlki kimi 24 xalda qalan “Arda” turnir cədvəlində 16 komanda arasında 10-cu pillədə qərarlaşıb. 

Seçilən
45
2
teleqraf.com

3Mənbələr