AZ

ABŞ və Kiyev mayda Ukraynada seçkilər və referendumun keçirilməsini müzakirə edir - KİV

ABŞ və Kiyev mayda Ukraynada seçkilər və referendumun keçirilməsini müzakirə edir - KİV

Vaşinqton və Kiyev may ayında Ukraynada ümumi seçkilərin, həmçinin münaqişənin nizamlanmasına dair potensial sazişlərlə bağlı referendumun keçirilməsi imkanlarını müzakirə edirlər.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ və Ukrayna danışıqçıları tərəfindən nəzərdən keçirilən plana əsasən, nizamlanma ilə bağlı istənilən razılaşma xalq səsverməsinə (referenduma) çıxarılacaq. Eyni zamanda, Ukraynada prezident və parlament seçkilərinin keçirilməsi də nəzərdə tutulur.

Agentlik bildirir ki, Əbu-Dabidə keçirilən son danışıqlar zamanı ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Cared Kuşner Ukrayna tərəfinə seçkilərin yaxın vaxtlarda keçirilməsinin "ən yaxşı variant" olduğunu bildiriblər. Bu təklif, müharibə şəraitində hakimiyyətin legitimliyinin təmin edilməsi və sülh sazişinin xalq tərəfindən dəstəklənməsi məqsədi daşıyır. Kiyev tərəfi isə təhlükəsizlik zəmanətləri və texniki çətinlikləri əsas gətirərək məsələyə ehtiyatla yanaşsa da, müzakirələrin davam etdiyi vurğulanır.

Seçilən
19
afn.az

1Mənbələr