AZ

Sakura festivalı turistlərə görə ləğv edildi

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yaponiyanın Fuci dağının yaxınlığında yerləşən Fujiyoshida şəhərinin hakimiyyət orqanları bu ilki sakura (albalı çiçəyi) festivalını ləğv etmək qərarına gəliblər.

“Qafqazinfo” xəbər verir ki, buna turistlərin sayının kəskin artması və onların uyğunsuz davranışları səbəb kimi göstərilir.

Bildirilib ki, turistlərin kütləvi axını tıxaclara və küçələrin zibillənməsinə səbəb olub.

Sakinlər bəzi turistlərin bağlara və şəxsi mülklərə qanunsuz daxil olduğundan şikayətlənirlər.

Şəhər meri qeyd edib ki, ərazinin artan populyarlığı şəhər sakinlərinin sakit həyat tərzi yaşamalarına mane olur.

O, festivalın ləğv edilməsi qərarının yerli sakinlərin maraqlarını və ictimai asayişi qorumaq üçün zəruri olduğunu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
qafqazinfo.az

1Mənbələr