AZ

"Nənə reseptləri" haqqında elmi həqiqət: Sən demə, hamısı doğru imiş

İllərdir nənələrimizin "Bunu etsən, sağalarsan" dediyi bir çox üsul, bəzən müasir tibb tərəfindən tənqid olunsa da, aparılan son elmi araşdırmalar bu qədim metodların bir çoxunun həqiqətən effektiv olduğunu ortaya çıxarıb.

Milli.Az xəbər verir ki, təsdiqlənən bəzi məşhur "nənə formulları" bunlardır:

Toyuq şorbası: Sadəcə dadlı deyil, həm də şəfalıdır
Alimlər sübut ediblər ki, toyuq şorbası bədəndəki iltihabı azaldan "neytrofillərin" hərəkətliliyini tənzimləyir. Xüsusilə soyuqdəymə zamanı boğazı yumşaldır və daxili infeksiyalarla mübarizədə bədənə əlavə enerji verir.

İsti süd və bal: Yuxunun ən yaxşı dostu
Nənələrimizin yatmazdan əvvəl içirdiyi isti südün tərkibindəki "triptofan" amin turşusu bədəndə xoşbəxtlik və yuxu hormonu olan serotonin və melatoninin ifrazını artırır. Bal isə həm boğazı sakitləşdirir, həm də südün təsirini sürətləndirir.

Duzlu su ilə qarqara: Təbii dezinfeksiya
Boğaz ağrısı zamanı edilən duzlu su qarqarası, həmin nahiyədəki artıq mayeni və şişkinliyi çəkir, bakteriyaların çoxalma mühitini məhv edir. Bu, bu gün də stomatoloqlar və LOR həkimləri tərəfindən ən çox tövsiyə edilən sadə müalicə vasitəsidir.

Nanə-limon: Mədənin xilaskarı
Nanənin tərkibindəki efir yağları mədə əzələlərini boşaldır və həzmi asanlaşdırır. Limonun C vitamini ilə birləşdikdə isə bu qarışım həm ürəkbulanmasını dayandırır, həm də immuniteti canlandırır.

Zəncəfil və sarımsaq: Təbii antibiotiklər
Elin qədimdən "təbii antibiotik" adlandırdığı sarımsağın tərkibindəki allisinin güclü mikroböldürücü təsiri elmi cəhətdən tam sübut olunub. Zəncəfil isə soyuqdəymə və iltihab əleyhinə ən güclü bitkilərdən biri hesab olunur.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
19
1
milli.az

2Mənbələr