AZ

ABŞ Hindistana qarşı ticarət sanksiyalarını bərpa edə bilər

BAKI, 7 fevral. TELEQRAF

ABŞ administrasiyası Hindistan Rusiya neftinin alınmasını davam etdirərsə, ona qarşı müxtəlif tədbirlər görməyə, o cümlədən Hindistan mallarına 25% həcmində əlavə idxal rüsumlarını yenidən tətbiq etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın imzaladığı və açıqladığı sərəncamda deyilir.

Sənəddə qeyd olunur ki, ABŞ-nin ticarət naziri Hindistanın Rusiya Federasiyasından birbaşa və ya dolayı yolla neft idxalını bərpa etdiyinə qərar verərsə, dövlət katibi maliyyə, ticarət və daxili təhlükəsizlik nazirləri, eləcə də ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi ilə məsləhətləşmələr apararaq prezidentə Hindistana qarşı hansı əlavə addımların atılmasının məqsədəuyğun olduğu barədə tövsiyələr təqdim edəcək.

Bu tədbirlərə Hindistandan idxal olunan məhsullara 25% əlavə gömrük rüsumunun bərpası da daxil ola bilər.

Seçilən
32
teleqraf.com

1Mənbələr