AZ

Google da inqilabi dəyişiklik Elə xəbərləri görməyəcəksiniz

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İnternet istifadəçilərinin ən çox vaxt keçirdiyi platformalardan biri olan "Google Discover" fevral ayından etibarən tamamilə yeni alqoritmə keçid edib. Dünyanın ən böyük axtarış nəhəngi tərəfindən həyata keçirilən bu yeniləmə həm oxucuların, həm də media qurumlarının vərdişlərini kökündən dəyişəcək. Artıq platformada süni intellektin seçdiyi mexaniki xəbərlər deyil, redaktor toxunuşu olan və oxucuya real fayda verən mətnlər ön plana çıxacaq.Demokrat.az xəbər verir ki, eniliyin ən diqqətçəkən tərəfi yerli məzmunlara verilən xüsusi üstünlükdür. "Google" mütəxəssislərinin qənaətinə görə istifadəçilər qlobal xəbərləri belə öz dillərində və yerli jurnalistlərin təqdimatında oxumağa daha çox meyillidirlər. Bu səbəbdən yaxın vaxtlarda Azərbaycan istifadəçilərinin "Discover" lentində yerli saytların analizləri və xəbərləri daha tez-tez görünməyə başlayacaq. Bu addım yerli medianın inkişafı üçün yeni qapı açsa da, keyfiyyət tələblərini də sərtləşdirir.Platformada illərdir davam edən "klikbeyt" savaşına isə artıq son qoyulur. Oxucunu aldatmağa hesablanmış, "şok", "inanılmaz" kimi ifadələrlə dolu boş başlıqlar artıq filtrə düşərək sistemdən kənarlaşdırılacaq. Google rəsmiləri bildirirlər ki, yeni sistem başlıqla mətnin bir-birini nə dərəcədə tamamlamasını saniyələr içində təhlil edə bilir. Əgər başlıq oxucunu maraqlandırmaq əvəzinə aldadırsa, həmin saytın "Discover" trafiki tamamilə dayandırıla bilər.Ekspertlər hesab edirlər ki, bu dəyişiklik internetdə "məlumat zibilliyini" təmizləmək məqsədi daşıyır. Artıq hər mövzudan az-az məlumat verən saytlar deyil, müəyyən sahədə (məsələn, texnologiya, səhiyyə və ya kənd təsərrüfatı) peşəkarlaşan platformalar liderlik edəcək. Beləliklə, oxucular axtardıqları məlumatı daha sürətli və etibarlı mənbələrdən əldə edə biləcəklər.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
demokrat.az

1Mənbələr