AZ

Bakıda keçiriləcək Dünya Kubokuna qatılacaq ölkələr müəyyənləşdi

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, "AGF Trophy"də iştirak edəcək ölkələr müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Polşa, Türkiyə, ABŞ-dən olan və neytral idmançılar mübarizə aparacaqlar.

Gimnastlar fərdi və sinxron proqramlar üzrə yarışacaqlar.

Turnir fevralın 21-22-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Seçilən
74
sportinfo.az

1Mənbələr