AZ

Həkim və klinika reklam edən bloqerlərə pis xəbər

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bir çox ölkələrdə, o cümlədən Türkiyədə bloqerlərin və sosial şəbəkə fenomenlərinin müəyyən sahələr üzrə reklam fəaliyyəti məhdudlaşdırılıb. Bu qərarlar əsasən ictimai sağlamlıq, istehlakçı hüquqları və aldadıcı tanıtımların qarşısını almaq məqsədi daşıyır. Xüsusilə tibbi xidmətlər, dərmanlar və həssas sahələr üzrə reklamların blogerlər vasitəsilə yayılması riskli hesab olunur. Bu təcrübə sosial medianın təsir gücünün artması fonunda yeni hüquqi və etik çərçivələrin formalaşdırıldığını göstərir. Azərbaycanda da bu məsələ aktuallaşmağa başlayıb.Məsələ ilə bağlı sosioloq Mail Yaqub Demokrat.az-a bildirib ki, bunu tam qadağan etmək kifayət qədər çətin məsələdir:"Əgər blogerin real izləyici auditoriyası varsa və tanıtdığı məhsul və ya xidmət qanuni və keyfiyyətlidirsə, bunun qarşısını inzibati yolla almaq asan deyil. Bu, müəyyən mənada azad bazar və rəqabət mühitinə müdaxilə kimi qiymətləndirilə bilər".Sosioloqun sözlərinə görə, məsələ o zaman dəyişir ki, bloqer saxta, peşəkar olmayan və ya insanlara zərər vura biləcək şəxsləri və xidmətləri reklam edir:"Belə hallarda müdaxilə zəruridir və qarşısı alınmalıdır. Amma söhbət qanuni fəaliyyət göstərən həkimdən, restorandan, klinikadan və ya digər obyektlərdən gedirsə, bunu blogerin sosial şəbəkədə tanıtmasını tam qadağan etmək məntiqli görünmür".Mail Yaqub deyib ki, bu baxımdan məsələyə birmənalı yanaşmaq doğru deyil."Televiziya və radioda reklam necə mümkündürsə, sosial şəbəkələrdə bloger vasitəsilə tanıtım da müasir reklam formasıdır. Ona görə burada əsas məsələ qadağa yox, məntiqi və hüquqi çərçivənin düzgün müəyyənləşdirilməsidir", - deyə o bildirib.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
demokrat.az

1Mənbələr