ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Keçmiş icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərlinin Rumıniyadakı "villa krallığı" xəbəri sosial şəbəkələrdə günlərdir müzakirə olunur. İddialara görə Tahir Kərimov bu xəbərlərdən sonra təcili bilet alaraq oğlunun yanına gedib. Özü və ya övladları haqqında korrupsiya iddiaları olan şəxslərin ölkəni tərk edə bilməsi məsələsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Ağ Partiy sədri Tural Abbaslı Demokrat.az-a bildirib ki, şəxslə bağlı cinayət işi açılmayıb və axtarış elan olunmayıbsa, onun ölkədən çıxmasına hüquqi maneə yoxdur:"Təəssüf ki, Azərbaycanda orta səviyyəli istənilən məmur milyonlara sahib ola bilir və sonradan həmin vəsaitləri xaricdə yatırımlara çevirərək rahat həyat sürürlər. Lakin bunlar hüquqi baxımdan sübuta yetirilməmiş iddialardır".O bildirib ki, bu iddiaların həqiqət olub olmadığını müəyyənləşdirmək istintaq orqanlarının səlahiyyətindədir:"Əgər Korrupsiyaya qarşı mübarizə və istintaq qurumları hər hansı araşdırma aparmayıbsa, bu halda cəmiyyət yalnız sual verməklə kifayətlənir. Medianın və ictimaiyyətin səsləndirdiyi şübhələr hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Çünki vəzifədə olarkən əldə edilmiş böyük əmlak və sərvətin mənbəyi hüquqi şəkildə izah olunmalıdır".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.