Ajans.az xəbər verir ki, bu barədə Polşanın Milli Prokurorluğunun bəyanatında deyilir. "Bu gün prokuror şübhəli Zbiqnev Ziobronun axtarışı üçün order verib", - bəyanatda deyilir. Varşavanın Mokotuv rayon məhkəməsi sabiq ədliyyə nazirinin 90 gün müddətinə həbsi barədə qərar qəbul edib. Qeyd edək ki, daha əvvəl Polşa prokurorluğu müxalifətdə olan “Hüquq və Ədalət” partiyasının üzvü olan siyasətçiyə qarşı 26 ittiham irəli sürüb ki, bunlara “cinayətkar qruplaşmaya rəhbərlik” ittihamı da daxildir. Macarıstan hakimiyyəti 2025-ci ilin dekabrında Zebroya və onun həyat yoldaşına siyasi sığınacaq verib.