Bizimyol saytına istinadən ain.az xəbər verir.
ABŞ-ın müdafiə naziri Pit Heqset gəmilərə endirilən zərbələrdən sonra bəzi narkokartellər üzərində qələbə əldə edildiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Nazirin sözlərinə görə, iri narkokartellər narkotiklərin tədarükü ilə bağlı fəaliyyətlərini dayandırıblar.
“Qələbə. ABŞ-ın Cənub Komandanlığının məsuliyyət zonasında fəaliyyət göstərən aparıcı narkokartellərdən bəziləri Karib hövzəsində həyata keçirilən son (son dərəcə effektiv) zərbələrdən sonra narkotiklərlə bağlı bütün əməliyyatlarını qeyri-müəyyən müddətə dayandırmaq qərarı veriblər”, – deyə Heqset bildirib.
Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ-ın endirdiyi zərbələr güc yolu ilə çəkindirmə siyasətinin tərkib hissəsidir. “Donald Tramp amerikalıların həyatını xilas edir”, – deyə Pit Heqset fikrini yekunlaşdırıb.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.