AZ

Araz Naxçıvan Sabah a qarşı neçə itki ilə oynayacaq? SON DURUM

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının 19-cu turunda lider "Sabah"ın qonağı olacaq "Araz-Naxçıvan"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.

Bu barədə Fanat.Az-a Naxçıvan təmsilçisinin sözçüsü Mahal Məmmədov məlumat verib:

"İssuf Paronun oynamayacağı dəqiqdir. Burkina Fasolu müdafiəçimizin dekabrda "Şamaxı" ilə oyunda aldığı zədəsi hələ sağalmayıb. Bundan başqa, kapitan Urfan Abbasov da ötən tur "Neftçi" ilə matçda xəsarət aldı və əvəzləndi. Onun vəziyyəti bilinmir. Meydana çıxıb-çıxmayacağı həkimin qərarından asılıdır. Cəzalı futbolçumuz yoxdur. Əksinə, Bəxtiyar Həsənalızadə sarı vərəqə cəzasını başa vuraraq sıraya dönüb".

Qeyd edək ki, "Sabah" - "Araz-Naxçıvan" matçı fevralın 8-də keçiriləcək. Masazırdakı "Bank Respublika Arena"da reallaşacaq görüşün start fiti 16:00-da səsləndiriləcək.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
2
fanat.az

3Mənbələr