AZ

Azərbaycanda 5 investisiya şirkətinin əməliyyat sayı artıb

2026-ci ilin yanvar ayına əsasən, Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin həyata keçirdiyi əməliyyatların sayına görə artım dinamikası açıqlanıb.

FED.az xəbər verir ki, hesabat dövründə bəzi şirkətlərin bağladığı əqdlərin sayında kəskin artım qeydə alınıb.

Renkinqə "İnvest.Az İnvestisiya Şirkəti" başçılıq edir. Şirkətin əməliyyatlarının sayı ötən il cəmi 95  olduğu halda, bu il  168-ə yüksəlib. Nəticədə 77% və ya 73 əqd artım qeydə alınıb.

İkinci yerdə "İnno Kapital İnvestisiya Şirkəti" qərarlaşıb. Bu şirkətdə əqd sayı 32-dən 51-ə çatıb. Artım 59% və ya 19 əqd təşkil edib.

"MFX Trading İnvestisiya Şirkəti" üçüncü sırada yer alıb. Şirkətin əməliyyat sayı 4-dən 62-yə yüksəlib ki, bu da 50% və ya 2 əqd artım deməkdir.

Siyahıda növbəti yeri "PAŞA Kapital İnvestisiya Şirkəti"  tutur. Şirkət üzrə əməliyyatların sayı 593-dən 642-yə qalxıb. Burada 8% və ya 49 əqd artım müşahidə olunub.

"Troni İnvestisiya Şirkəti"nin əməliyyatlarının sayı 772-dən 785-ə çatıb. Bu da illik 2% (13 əqd) artım deməkdir.

Seçilən
4
1
fed.az

2Mənbələr