AZ

Məşhur repçi İslamı qəbul etdi

Britaniyalı məşhur repçi Central Cee İslamı qəbul etdiyini açıqlayıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, onun sosial şəbəkələrdə paylaşdığı açıqlama qısa müddətdə böyük maraq doğurub.

Central Cee canlı yayım zamanı müsəlman olduğunu açıqlayıb.

“Kəlmeyi-Şəhadət oxudum, yeni adım var, indi müsəlmanam”, - o bildirib.

İzləyicilər repçiyə yeni ad da təklif ediblər. Şərhlərdə ən çox qeyd edilən ad “Yusif” olub.

Bəzi izləyicilər Central Cee-nin rəsmi olaraq yeni ad seçib-seçmədiyi ilə maraqlandıqlarını bildirərək, bu mövzuda əlavə açıqlama gözlədiklərini qeyd ediblər.

Central Cee yeni adı ilə bağlı rəsmi təsdiq və ya əlavə məlumat verməyib.

"Cebheinfo.az"

Seçilən
16
6
cebheinfo.az

7Mənbələr