Azərbaycan Basketbol Liqasında XVI tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün tur çərçivəsində daha bir oyun keçirilib.
B qrupunda "Naxçıvan" klubu ilə qarşılaşan "Ordu" 92:95 hesablı qələbə qazanıb.
Qarşılaşma Bakı İdman Sarayında baş tutub.
Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" isə "Sərhədçi"ni (97:89) məğlub edib.
ABL
16-cı tur
6 fevral
"Naxçıvan - "Ordu" 95;92
Bakı İdman Sarayı.