AZ

ABŞ ın BMT dəki daimi nümayəndəsi: Vaşinqton yaxın vaxtlarda BMT büdcəsinə ödəniş edəcək

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ bir neçə aylıq fasilədən sonra yaxın perspektivdə BMT büdcəsinə öz töhfəsini ödəyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts məlumat verib.

Uolts 2025-ci ilin noyabrında bildirmişdi ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası təşkilatda islahatların aparılmasını gözlədiyi üçün BMT-yə üzvlük haqlarının ödənilməsini müvəqqəti dayandırıb. O, "Reuters" agentliyinə müsahibəsində qeyd edib: “İlk maliyyə köçürməsinin çox tezliklə həyata keçiriləcəyini qəti şəkildə gözləyirəm. Düşünmürəm ki, yekun məbləğlə bağlı artıq qərar verilib, lakin bu, bir neçə həftə ərzində müəyyənləşəcək”.

Agentliyin məlumatına görə, fevralın əvvəlinə ABŞ-ın BMT-nin müntəzəm büdcəsi üzrə borcu təxminən 2,19 milyard dollar təşkil edib ki, bu da təşkilata üzv bütün ölkələrin ümumi borcunun 95 faizi deməkdir. Bundan əlavə, ABŞ-ın BMT-nin sülhməramlı əməliyyatları üzrə təxminən 2,4 milyard dollar, təşkilatın tribunal büdcələri üzrə isə daha 43 milyon dollar borcu var.

ABŞ-ın — BMT-nin ən böyük donorunun — müntəzəm büdcəyə ödənişləri dayandırması və eyni zamanda təşkilatın agentliklərinə könüllü maliyyələşməni azaltması BMT-də likvidlik böhranına səbəb olub. Agetliyin verdiyi məlumata görə, 2025-ci ildə ABŞ-ın BMT-yə ayırdığı maliyyə yardımı 3,3 milyard dollara enib ki, bu da təşkilatın ümumi maliyyələşməsinin təxminən 14,8 faizini təşkil edir. Müqayisə üçün, Vaşinqton 2024-cü ildə BMT-yə 14,1 milyard dollar, 2022-ci ildə isə 17,2 milyard dollar vəsait ayırmışdı.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
bizimyol.info

1Mənbələr