AZ

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur

Qəbələ, 7 fevral, Mustafa Dadaşov, foto İlkin Cavanşirov, AZƏRTAC

Burada olmağıma görə çox şadam. Qəbələdə yay aylarında keçirilən Beynəlxalq Musiqi festivallarında çox iştirak etmişəm. “Qış nağılı” festivalında isə ilk dəfədir çıxış edirəm. Qəbələ festivalı artıq ənənəyə çevrilib. Gözəl şəhərdə, belə gözəl ab-havada çıxış etmək çox xoşdur. Dəvətə görə festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri vokal ifaçısı, Əməkdar artist Azər Zadə Qəbələdə jurnalistlərə müsahibəsində söyləyib.

Vokal ifaçısı daha sonra deyib: “Mən Avropanın bir çox ölkələrinin konsert salonlarında oxumuşam. Açığı, qış aylarında ilk dəfədir festivalda iştirak edirəm. Ona görə də bu gün burada, Vətəndə olmaq, “Qış nağılı” festivalında, bu gözəl musiqi bayramında iştirak etmək mənim üçün xüsusi bir gündür və çox xoşdur”.

Seçilən
21
2
azertag.az

3Mənbələr