AZ

Yol Polisi sürücülərə müraciət edib

"Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir".

Aznews.az xəbər verir ki, bu, Bakı Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, istirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur:

"Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır.

Seçilən
13
49
aznews.az

10Mənbələr