AZ

Maqnit qasırğasının təsiri Kimlər risk altındadır?

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Maqnit qasırğası texniki sistemlərə və insan sağlamlığına müxtəlif cür təsir göstərə bilir. Yəni kimlərəsə müsbət, kimlərəsə mənfi təsir göstərir.Bizim.Media xəbər verir ki, mütəxəssislərin rəylərinə görə, ən çox təsirə məruz qalanlar ürək-damar xəstəlikləri olanlar, arterial təzyiqdən əziyyət çəkənlər, yaşlı insanlar və meteohəssas şəxslərdir.

 

Onlarda bu dövrlərdə baş ağrısı, halsızlıq, yuxusuzluq, əsəbilik, təzyiqin qalxıb-enməsi kimi hallar müşahidə oluna bilər. Həmçinin pilotlar, kosmonavtlar və radio-rabitə, peyk sistemləri ilə işləyənlər üçün də risklər artır.

Maqnit qasırğasının insanlara müsbət təsiri də mövcuddur. Bəzi insanlar maqnit qasırğası zamanı özlərini daha enerjili və emosional cəhətdən aktiv hiss etdiklərini bildirirlər. Alimlər bunu sinir sisteminin qısa müddətli stimullaşması ilə əlaqələndirirlər. Lakin bu təsir hamıda eyni olmur və elmi baxımdan tam sübut edilmiş sayılmır.Həssas qrupdan olan insanlar mənfi təsirlərdən özlərini qorumaq üçün bu günlərdə daha çox istirahət etmək, su qəbulunu artırmaq və stressdən uzaq durmalıdırlar.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
bizim.media

2Mənbələr